Türkiyə Super Kubokunun vaxtı müəyyənləşdi
Qaynarinfo xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi matçın "Ankara Eryaman” stadionunda keçirilməsinə qərar verib. Qarşılaşma avqust ayının 7-də baş tutacaq və Bakı vaxtı ilə saat 21.45-də start götürəcək.
Qeyd edək ki, "Qalatasaray” 2018/19 mövsümündə həm Super Liqanın, həm də ölkə kubokunun qalibi olub. "Akhisarspor” isə Türkiyə Kubokunun finalçısı kimi Super Kubok matçında mübarizə aparmaq hüququ qazanıb.