İtaliya gələcəyin superkompüterini qəbul edəcək
İtaliya yaxın zamanlarda gələcəyin superkompüterini qəbul edəcək. AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın Təhsil və Elmi Araşdırmalar Nazirliyi məlumat yayıb. Bildirilir ki, Yüksəkeffektli Hesablama üzrə Avropa Komitəsinin (EuroHPC) seçiminə görə superkompüter İtaliyanın Bolonya şəhərində yerləşdiriləcək. Ölkənin təhsil və elmi araşdırmalar naziri Marko Bussetti deyib ki, superkompüter saniyədə inanılmaz sayda əməliyyatlar yerinə yetirə biləcək. “Superkompüterin bizə həvalə edilməsi ölkəmiz üçün qürurvericidir. Bu, strateji təşəbbüsdür və inkişafın, innovasiyanın təkanverici qüvvəsi olacaq”, – deyə Marko Bussetti söyləyib.