Honkonq hakimiyyəti ekstradisiya haqqında qanunu təxirə saldı
Honkonq administrasiyası ekstradisiya haqqında qanun layihəsinin irəli sürülməsini təxirə salmağı qərara aldı. ТАSS verir ki, bu barədə RTHK radiostansiyası məlumat yayıb. Hakimiyyətin gün ərzində bu barədə rəsmi bəyanatla çıxışı gözlənilir. Qeyd edək ki, çərşənbə günü on minlərlə insan Honkonqun Qanunverici Şurasının binasını mühasirəyə aldıqdan sonra qanun layihəsinin ikinci oxunuşda nəzərdə keçirilməsi dayandırılmışdı. Nümayişçilərlə polis arasında başlayan qarşıdurma nəticəsində 80 nəfər xəsarət almış, 11 nəfər isə saxlanılmışdı. Xatırladaq ki, iyunun 9-da Honkonqda bir milyona yaxın insanın iştirakı ilə son illərin ən iri etiraz aksiyası baş tutmuşdu.(Oxu.az)