Selena Qomezdən etiraf - İnstaqram nəslimi məhv etdi
İnstaqram-da ən çox izləyiciləri olanlar arasında üçüncü yerdə olan Selena Qomez yeni açıqlama verib. "Legion"  ölkə.az-a istinadən bildirir ki, müğənni tam sağalmaq üçün tətbiqi sildiyini bildirib. "Mənim nəslimi, əslində, sosial şəbəkələr məhv etdi", - Qomez bildirib. Tez-tez sosial mətbuatın ziyanlı olduğunu deyən Selena sağlamlığına mənfi təsir etdiyi üçün İnstaqram-ı sildiyini bildirib. 152 milyon izləyicisi olan müğənni İnstaqram-ın onu depressiyaya saldığını etiraf edib. Onun səhifəsini artıq komanda üzvləri idarə edir.