"Qəbələ"nin Avropa Liqasında rəqibi müəyyənləşir
Qaynarinfo xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçilərindən "Qəbələ"nin ilk rəqibi müəyyənləşəcək.
 
Səpələnmişlər sırasında yer alan ölkə kubokunun sahibi mübarizəyə məhz bu mərhələdən başlayacaq. 
Komandanın avrokuboklardakı ilk rəqibi I təsnifat mərhələsindən sonra da dəqiqləşə bilər. Belə ki, püşkdə 30 cüt "qırmızı-qaralar”a düşə bilər. Bunlardan dördündə ilkin mərhələ iştirakçıları da yer alıblar:
"Breydablik” (İslandiya) - "Vaduts” (Lixtenşteyn), "Brann” (Norveç) - "Şemrok Rovers” (İrlandiya), "Vitebsk” (Belarus) - "Kuopio” (Finlandiya), "Konnak” (Uels) - "Kilmarnok" (Şotlandiya), "Radniçki" (Serbiya) - "Flora” (Estoniya), "Ordabasi" (Qazaxıstan) - "Torpedo” (Gürcüstan), MOİK (Bolqarıstan) - "Titoqrad" (Monteneqro), "Makkabi" Hayfa (İsrail) - "Mura" (Sloveniya), "Jeness" (Lüksemburq) - "Tobol" (Qazaxıstan), "Debretsen" (Macarıstan) - "Kukesi", (Albaniya), "Kork Siti” (İrlandiya) - "Progres” (Lüksemburq)/"Kardiff MU” (Uels), "Kruzaders” (Şimali İrlandiya) - "B-36 Torshavn" (Farer adaları), "Şaxtyor” (Belarus) - "Hibernian” (Malta), "Levski" (Bolqarıstan) - "Rujomberok" (Slovakiya), "Akademiya Pandev" (Şimali Makedoniya) - "Zrinski" (Bosniya və Herseqovina), "Fola” (Lüksemburq) - "Çixura” (Gürcüstan), "Olimpiya" (Sloveniya) – "Riqa” (Latviya), "Ventspils” (Latviya) - "Teuta" (Albaniya), "Krakoviya" (Polşa) - "Dunayska Ştreda” (Slovakiya), "Şiroki Briyeq” (Bosniya və Herseqovina) - "Kayrat” (Qazaxıstan), "Dinamo" (Gürcüstan) - "La Fiorita” (San-Marino)/"Enqordani” (Andorra),  "Barri Taun” (Uels)/"Kliftonvill” (Şimali İrlandiya) - "Hoqesun” (Norveç), "Styarnan” (İslandiya) - "Levadiya” (Estoniya), "Riterlai" (Litva) -  "Tre Fiori” (San-Marino)/ "Klaksvik” (Farer adaları), "Domjale" (Sloveniya) - "Baltsan" (Malta), "Buduçnost" (Monteneqro) - "Trans” (Estoniya).
Qeyd edək ki, ilk oyunlar iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də olacaq.