Ərdoğan: Mursini öldürüblər
Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında tibbi yardım göstərilmədiyi üçün ölüb. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, M.Mursi 20 dəqiqə məhkəmə zalında çabalayıb: “Səlahiyyətli şəxslər isə vəziyyətə müdaxilə etməyib. Mursi təbii ölümlə ölməyib, o öldürülüb. Türkiyə bu məsələni izləyəcək”. R.T.Ərdoğan vəd edib ki, Misir hökumətinin beynəlxalq tribunal qarşısında cavab verməsi üçün əlindən gələni edəcək.