İran ABŞ-ın pilotsuz aparatını vurdu
İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub. Modern.az-ın məlumatına görə, bu haqda İranın "Press TV” xəbər yayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında deyilir ki, ABŞ-a məxsus "Global Hawk" pilotsuz uçuş aparatı İranın hava sərhədlərini pozub. Bildirilir ki, bundan sonra həmin aparat Hərbi Hava Qüvvələri tərəfindən Hormozqan əyalətində vurulub