Ramil Usubov nazir vəzifəsindən azad edildi - Yeni vəzifəyə təyin olundu
Prezident İlham Əliyev Ramil İdris oğlu Usubovun Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.