Azərbaycan II Avropa Oyunlarında mübarizəyə başladı
Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə start götürən II Avropa Oyunlarında mübarizəyə başlayıb.
"Legion" Report-a istinadən xəbər verir ki, Azərbaycanın kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova qadınlar arasında klassik oxatmanın fərdi yarışına qatılıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 47 oxatana qarşı mübarizə aparacaq. Mübarizəyə Bakı vaxtı ilə saat 14:15-də start verilib.
Saat 15:00-da isə boksçuların yarışı start götürəcək. Azərbaycan təmsilçilərinin hər üçü 1/16 finalda ilk görüşünü bolqarıstanlılara qarşı keçirəcək. Tayfur Əliyev (56 kq) Boyan Asenovla, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevlə, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovla üz-üzə gələcək.
Qeyd edək ki, ilk yarış günündə boks, kamandan oxatma və basketbol (3X3) üzrə yarışlar olacaq.