İran ABŞ-a etiraz notası göndərdi
İran hava məkanının pozulması ilə əlaqədar ABŞ-a etiraz notası göndərib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər nazirinin müavini Abbas Arakçı deyib. ABŞ-ın İranın hava məkanını və su sərhədlərini pozduğunu bildirən Arakçı rəsmi Vaşinqtondan sərhədlərə hörmətlə yanaşmasını və beynəlxalq müqavilələrə əməl etməsini istədiklərini qeyd edib. Xatırladaq ki, Oman körfəzində İran hərbi qüvvələri ABŞ PUA-sını məhv edib.