Ermənistanda növbəti etiraz aksiyası

Ermənistanın Maralik şəhərinin Ani kənd sakinləri Yerevan-Gümrü yolunu 40 dəqiqə bağlı saxlayıblar.

“Sputnik Armeniya” bildirir ki, aksiya iştirakçıları kənd icmasının rəhbəri Artak Qevorkyanın istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər. Aksiya zamanı Yerevandan gələn avtomobillərin sürücüləri ilə yerli sakinlər arasında dava olub. Narazı kəndlilər onların tələblərinin yerinə yetiriləcəyi şərti ilə yolu açıblar. Bildiriblər ki, əks təqdirdə yolu yenidən bağlayacaqlar. Azvision.az xatırladır ki, uzun müddətdir vətəndaşlar Artak Qevorkyanın istefasını tələb edirlər və bununla bağlı dəfələrlə etirazlar keçirilib.