“Bitcoin” ilin rekordunu vurdu

“Bitcoin”in qiyməti dayanmadan artır. Kriptovalyuta ilin rekordunu vurub.

Bizimyol.info xəbər verir ki, “Bitcoin”in qiyməti 9800 dollara çatıb. Bir sutka ərzində qiymət təxminən 6 faiz artıb. Son aylar ərzində ən məşhur kriptovalyutanın dəyəri iki dəfədən çox yüksəlib. Hələ fevralda “Bitcoin” 3500 dollara idi. İyunun 17-də qiymətin 9322 dollara çatması birjalarda çoxlarını təəccübləndirmişdi. Görünür, artım yenə davam edəcək. Hərçənd, “Bloomberg”də “Bitcoin” haqqında nikbin danışmırlar. Agentlik hesab edir ki, kriptovalyuta belə böyük diqqətə layiq deyil. Çünki bu virtual puldan, demək olar, heç istifadə edilmir.