Gürcüstanda yeni siyasi hərəkat yaradılıb
Gürcüstanın paytaxtı Tbilisidə “Tribuna” adlı yeni siyasi hərəkatın təqdimatı keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, təşkilatın təsisçisi Gürcüstan parlamentinin bitərəf deputatı David Çiçinadzedir. D.Çiçinadze bildirib ki, “Tribuna” hərəkatında müxtəlif yaş qrupuna və sahələrə aid olan insanlar təmsil olunacaq. O, Gürcüstan hökumətinin hər gün səhv etdiyini söyləyərək, ölkədə yeni xalq hərəkatının yaradılmasına ehtiyac duyulduğunu deyib. Qeyd edək ki, “Tribuna” hərəkatı 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.