Bakıda dənizdə batan yeniyetmələrin kimliyi məlum olub
Bakıda dənizdə batan yeniyetmələrin kimliyi məlum olub.

APA-nın məlumatına görə, ötən gün Səbail rayonu, Salyan yolu 32 ünvanında yerləşən qeyri-çimərlik sahədə 14 yaşlı Yəhya Əliyev və 14 yaşlı Turab Nəsirov boğularaq ölüblər. Onların meyiti sudan çıxarılıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.