Kambocada binanın çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb
Ötən gün Kamboca şəhərində binanın çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb. Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Kambocanın cənub-qərbində baş verib. Yeni inşa edilən binanın çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb. Hadisənin baş vermə səbəbi isə hələ ki, məlum deyil. Qeyd edək ki, tikinti sahəsinin çökməsi zamanı binada təxminən 50 işçi olub.  Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.