Bidzina İvanişvili xüsusi bəyanat verəcək
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili xüsusi bəyanatla çıxış edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bəyanatın yaxın dəqiqələrdə partiyanın mərkəzi ofisində səsləndiriləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası, daha sonra isə partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun toplantısı keçirilib. Hər iki iclasda son günlər ölkədə cərəyan edən proseslər və etirazçıların tələbləri müzakirə olunub.