Amerika Kuboku: Argentina 1/4 finala vəsiqə qazandı
Braziliyada keçirilən “Copa Amerika”nın B qrupunda sonuncu turun oyunları keçirilib. “TASS” xəbər verir ki, Argentina millisi Qətər yığmasını 2:0 hesabı ilə məğlub edib və play-off mərhələsinə vəsiqə qazanıb. Qolları Lautaro Martinez (4 dəq.) və Serxio Aquero (82 dəq.) vurublar. İyunun 28-də “Marakana” stadionunda argentinalılar Kubokun ¼ final mərhələsində Venesuela yığması ilə qarşılaşacaqlar. Qrupun digər oyununda Kolumbiya yığması Paraqvaya 1:0 hesabı ilə qalib gəlib. Bununla da Kolumbiya komandası 9 xalla qrup birincisi olub. Qeyd edək ki, Amerika Kuboku iyulun 7-də başa çatacaq.