“Partizani” – “Qarabağ” matçının saatı açıqlandı
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə keçirəcəyi ilk görüşün başlama saatı müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, oyun iyulun 10-da Tiranada baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək. Bu komandalar arasında cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq. Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.