Rusiya 51 ölkəyə silah tədarük edir
“Rusiya Fedarasiyası Dünyanın 51 ölkəsinə silah tədarük edir”. APA xəbər verir ki, bunu Rusiya Federal hərbi-texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şugayev “Rusiya 24” televiziya kanalına açıqlamasında bildirib. O, əlavə edib ki, ölkəsi silah satışından 2018-ci ildə isə 15,5 milyard dollardan çox qazanıb.