“Coca-Cola” Azərbaycan şirkətini məhkəməyə verdi - 289 manata görə
“Azərbaycan Coca-Cola Bootlers Limited” MMC “Qida Təchizat SK” MMC-ni məhkəməyə verib. Oxu.Az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Coca-Cola” 289 manat borcun tutulması barədə tələb irəli sürüb. İddiа tələbi onunla əsaslandırılıb ki,“Azərbaycan Coca-Cola Bottlers LTD” MMC ilə “Qida Təchizat SK” MMC arasında 28 iyun 2017-ci il tarixdə müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə uyğun olaraq “Coca-Cola” istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri “Qida Təchizat SK” MMC-yə satıb. Cavabdeh həmin malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC müəssəsinə ödəməyi öhdəsinə götürüb.  Daha sonra “Qida Təchizat SK” MMC-nin “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-yə 289 manat məbləğində ödənilməmiş borcu qalıb. Məhkəmənin qərarına əsasən, iddiа tələbi təmin еdilib.