G20 sammiti başladı
 
Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" (G20) sammiti start götürüb.
Qaynarinfo xəbər verir ki, ilk işçi iclasdan qabaq bu cür mərasimlər üçün ənənəvi olaraq şəkil çəkdirilib.
Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Tramp G20 sammitinin açılış və şəkil çəkdirmə mərasimindən öncə ayaqüstü qısa söhbət ediblər. İki lider şəkil çəkdirməyə gedərkən bir-biri ilə fəal söhbətləşiblər.
Sammitdə 37 ölkə və beynəlxalq təşkilat lideri ikigünlük görüşlər zamanı beynəlxalq gündəliyin daha aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqlar. Sammit zamanı bir neçə sessiya, o cümlədən rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sssiya olacaq.
Artıq rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sessiya keçirilib. Sessiya zamanı Yaponiyanın baş naziri Sindzo Abe, ABŞ Prezidenti Donald Tramp, Çin sədri Si Szinpin və Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker çıxış edib.