Azərbaycanlı sevgilisinə 55 bıçaq zərbəsi vuran şəxsə ömürlük həbs
Bu il yanvarın 2-də Türkiyənin Burdur bölgəsinin Karamanlı rayonunda taksidə 24 yaşlı azərbaycanlı sevgilisi Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vuraraq, öldürən Halil Acara hökm oxunub.  “Sabah” qəzeti xəbər verir ki, Burdur Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda H.Acar son sözünü deyib.  O, əməlindən peşman olduğunu bildirib.  Hakimlər H.Acarı qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilərək, ömürlük azadlıqdan məhrum edib.  Xatırladaq ki, yanvarın 3-də Qənirə 24 yaşlı sevgilisi Halil Acarla birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub. Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər. Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub.