Hirkan Milli Parkında yanğın - FOTO
Dünən ildırım vurması nəticəsində Hirkan Milli Parkının  dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğın qısa müddətdə milli parkın əməkdaşlarının və yaxınlıqdakı Gəgiran kəndinin sakinlərinin köməyilə söndürülüb.  Ərazidə yalnız quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib.