Xəzərdə son bir ayda dördüncü zəlzələ
Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, təkanlar yerli vaxtla saat 10:56-da qeydə alınıb. Dərinliyi 54 km, maqnitudası 3,4 olan zəlzələ hiss olunmayıb. Bu, Xəzərdə son bir ayda dördüncü zəlzələdir.