Ərdoğandan maraqlı təklif - yaponlar kimi edəcək
Ərdoğan Yaponiyadakı 80 qadın universitetini araşdıracaqlarını və Türkiyədə də bu addımın atılacağını deyib
Türkiyədə qadın universitetləri açıla bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyadakı 80 qadın universitetini araşdıracaqlarını və Türkiyədə də bu addımın atılacağını deyib. G20 Sammitində iştirak etmək üçün Yaponiyaya gedən Ərdoğana "Mukogawa" qadın universiteti tərəfindən fəxri doktor adı verilib.   Mərasimdə danışan Ərdoğan Yaponiyada 800 universitet olduğunu və bunun 10 faizinin qadın universiteti olduğunu söyləyib: "Bu universitetləri araşdıracağam və ölkəmdə də bu addımı atacağıq". Qeyd edək ki, yalnız qadın tələbələrin qəbul edildiyi universitetlərə qadın universitetləri deyilir. Avstraliya, Böyük Britaniya, Kanada kimi Qərb ölkələrinin yanında Yaponiya, Cənubi Koreya, Çin və Hindistan kimi Asiya ölkələrində də qadın universitetləri var. İran, İordaniya, Küveyt, Sudan, Pakistan kimi müsəlman ölkələrdə də yalnız qadınların getdiyi universitetlər var. Səudiyyə Ərəbistanda isə bütün universitetlərdə qadın və kişi tələbələr ayrı-ayrı şəhərciklərdə təhsil alır./sputnik.az