Qabiliyyət imtahanları başlayır
Bu gün V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları başlayır. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, qabiliyyət imtahanları 1-14 iyul tarixlərində keçiriləcək. V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə iyulun 3-dək aparılacaq. İmtahandan iştirak edəcək abituriyentlər bu linkə daxil olaraq buraxılış vərəqəsini çap edə bilərlər. Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcək.