Dəhşətli istilər geri qayıdır

Bakıda 41°-yədək isti olacaq

İyulda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində havanın qeyri-sabit, nisbətən sərin keçəcəyi gözlənilir. Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, tez-tez güclənəcək. İstiPress Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 21-26°, gündüzlər 29-34°, bəzi günlərdə 37-41° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 2-3 mm) gözlənilir. Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 30-35° , bəzi günlərdə 38-42° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-16 mm) bildirilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-22° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 16-21°, gündüzlər 22-27°, bəzi günlərdə 29-33° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (36-73 mm) ehtimal edilir. Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 25-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 28-33°, bəzi günlərdə 36-39° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (10-32 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 27-32°, bəzi günlərdə 36-36° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 9-118 mm) proqnozlaşdırılır. Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 26-28° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 32-37°, bəzi günlərdə 40-42° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 3-22 mm) ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 20-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 20-25°, gündüzlər 30-34°, bəzi günlərdə 36-38° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 7-33 mm) gözlənilir.