Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb. "Legion"Unun  AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,79 dollar artaraq 66,53 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,59 dollar bahalaşaraq 60,06 dollar təşkil edib.