Tailandda turistlər üçün gözlənilməz yenilik
Tailandda ilin sonunadək əcnəbi turistlər üçün icbari sığorta tətbiq ediləcək. “İnterfaks” xəbər verir ki, hər bir turistdən sığorta haqqı olaraq 20 bat (yerli valyuta) alınacaq. Turistlər sığorta haqqını endikləri aeroportda ödəyəcəklər. Bu vəsaitlər turistlərə yardım fonduna daxil olacaq. Fond zərər görənlərə sığorta təzminatları ödəyəcək. Məsələn, insan ölümünə görə kompensasiyanın məbləği milyon bat təşkil edə bilər. Tailand Turizm Nazirliyi bu il ölkəyə 40 milyondan çox əcnəbi turistin gələcəyini proqnozlaşdırır.