Türkiyənin "Petkim" limanında partlayış baş verib, ölən və yaralananlar var
Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 16 nəfər müxtəlif xəsarət alıb. Məlumata əsasən, hadisənin səbəbi hələ məlum deyil.