Çexiya Moskva qarşısında geri çəkildi: İcazə...
Rusiyanın Ural Hava Yolları şirkəti Çexiyaya uçuşlarını dayandırıb. Axar.az xəbər verir ki, bu məlumat şirkətin "Vkontakte” səhifəsində yer alıb. Şirkət bu addımı Çexiya hökumətinin qərarı ilə atdığını bildirib. Belə ki, rəsmi Praqa aviaşirkətin təyyarələrinin ölkəyə girişini qadağan etdiyini bəyan edib. Maraqlı məqam odur ki, analoji qadağa "Pobeda” və "Aeroflot” aviaşirkətlərinin də təyyarələrinə aid olunub. Hələlik Çexiya hökumətinin Rusiya aviaşirkətlərinə qarşı niyə belə addım atdığı açıqlanmayıb. *** Çexiya hökuməti Rusiya aviaşirkətlərinin ölkəyə uçuşlarına qoyulan qadağanı iyulun 7-ə qədər aradan qaldırıb. Bu barədə Çexiya Nəqliyyat Nazirliyindən məlumat verilib.