"Küçük İskender" vəfat etdi
Türkiyəli məşhur şair "Küçük İskender" ləqəbli Derman İngəndər Övər 55 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, şairin ölümünə xərçəng xəstəliyi səbəb olub. O, İstanbuldakı Paşabaxça Dövlət Xəstəxanasında gözlərini əbədi yumub. 
Qeyd edək ki, "Küçük İskender" karyerası ərzində şeir, roman janrında əsərlər qələmə alıb, aktyor kimi çıxış edib. O, 2000-ci ildə "Orhon Murat Arıburnu", 2006-cı ildə "Melih Cevdet Anday Şiir Ödülü", 2014-cü ildə 2Erdal Öz Edebiyat Ödülü", 2017-ci ildə "Necatigil Şiir Ödülü"nə layiq görülüb.