İspaniyada istidən ölənlərin sayı dördə çatıb
İspaniyanın bəzi bölgələrində 40 dərəcədən artıq olan istilər daha bir nəfərin ölümünə səbəb olub. “RİA Novosti” xəbər verir ki, Sevilya vilayətində öz sahəsində işləyən 66 yaşlı kişi özünü pis hiss edib.  Onu xəstəxanaya aparsalar da həyatını xilas etmək mümkün olmayıb. Aparılan autopsiya kişinin istilik vurması səbəbindən öldüyünü təsdiq edib. Bundan öncə Kordova şəhərində 17 yaşlı gənc, Valyadolid şəhərində 93 yaşlı qoca, La-Rioxa ərazisində isə 90 yaşlı qadın eyni səbəbdən ölüb.