"Instagram" və "WhatsApp" yenə çökdü
"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb. "Legion" Trend-ə istinadən bildirir ki, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Almaniya, Danimarka, Macarıstan, Yunanıstan, Kanada və Rusiyada istifadəçilər çətinliklərlə üzləşiblər. Bundan başqa, "WhatsApp" proqramında səs fayllarının və fotoşəkillərin göndərilməsi zamanı qüsurlar da qeydə alınır.