Qazaxıstanda ermənilərə görə belə avtomobillərin hərəkəti məhdudlaşdırılır
Qazaxıstanda xarici nömrəli avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər.

Bunu Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev deyib.

Onun sözlərinə görə, Ermənistan, Qırğızıstan və Rusiyada qeydiyyatdan keçmiş maşınlarla bağlı xeyli sayda şikayətlər daxil olur:

“Həmin avtomobillərin sürücüləri yol-hərəkət qaydalarını tez-tez pozurlar. Biz belə avtomobillərin Qazaxıstan ərazisinə daxil olduqdan 10 gün sonra ölkədə istismarı üçün məhdudiyyətin tətbiqini tələb edirik”.

Nazir əlavə edib ki, bu cür nəqliyyat vasitələrinin sərnişin və yük daşımalarından istifadəsinə qadağa tətbiq edilməlidir./Oxu.az