Xalq şairi Musa Yaqub: "Səhhətim normaldır"
"Hazırda səhhətim normaldır, evdəyəm". Bunu "Report"a açıqlamasında Xalq şairi Musa Yaqub deyib. O bildirib ki, müalicəsi ev şəraitində davam etdirilir: "Mən İsmayıllı rayonunun Buynuz kəndindəki evimdəyəm. Müalicələrim davam edir. Evdə müalicə alıram". Qeyd edək ki, M.Yaqub uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkir.