14 dənizçinin ölüm səbəbi - Şoyqu Putinə məruzə etdi
Dərinsulu elmi tədqiqat aparatında 14 dənizçinin ölümünün əsas səbəbi akkumulyator bölməsində baş vermiş yanğın olub. TASS xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ölkə Prezidenti Vladimir Putinə məruzə edərkən deyib. Onun sözlərinə görə, yanğın daha sonra ətrafa yayılıb: “Hazırda operativ qərargah işləyir. Sualtı aparatdakı nüvə enerji qurğusu tam təcrid olunub”. S.Şoyqu bildirib ki, ilkin qiymətləndirməyə əsasən, aparatın təmiri mümkündür: “Nazirlik bunun mümkün olduğu müddəti müəyyənləşdirir”. Xatırladaq ki, iyulun 1-də “AS-31” atom dərinsulu stansiyasında qəza baş verib. Stansiya qəza anında Barens dənizinin akvatoriyasında olub. Ölən 14 zabitin yeddisi birinci ranqlı kapitan, ikisi isə Rusiya Qəhrəmanı olub.