Buffondan maraqlı seçim
PSJ-dən "Yuventus"a transfer olan Canluici Buffonun Turin klubunda forma nömrəsi bəlli olub. Milli.Az xəbər verir ki, 41 yaşlı qapıçı "ağ-qaralar"da 77 nömrəli forma ilə çıxış edəcək. O, kapitanlıqdan imtina etdiyini də deyib: "Voysex Şesni mənə "1 nömrə"ni, Kyellini isə kapitanlığı verirdi. Ancaq mən bunu qəbul etmədim. 77 nömrəli formanı seçmişəm". Buffon bir illik PSJ karyerasından sonra "Yuventus"a qayıtdı. Onunla bir illik müqavilə imzalanıb.