Ağrıkəsicilər gündəlik həyatımızın ayrılmaz vasitəsinə çevrilib
Gündəlik həyatımızda hiss etdiyimiz ən adi ağrılarda belə ağrıkəsici dərmanlardan istifadə edir, hətta onları çantalarımızda daşıyırıq. Lakin araşdırmalar göstərir ki, ən asan, əlçatan, reseptsiz satılan bu dərmanların insan orqanizminə əks təsirləri də olur.
Tanınmış həkim, professor Adil Qeybulla mövzu barədə Modern.az-a danışıb:
“Ümumiyyətlə, ağrıkəsicilər çox qrupa bölünür. Hər qrupun öz təsir xüsusiyyəti var. Ağrıkəsicilərin əsas qrupu “arkotikanalgetik”lərdir. Ağrıkəsici növü olan “narkotikanalgetik”lər insanlarda narkotik aslılıq yaratdına görə Sovet Hakimiyyəti dövürndən başlayaraq bu növ ağrıkəsicilər nəzarət altında istifadə olunur və bu tibbi jurnallarda qeyd olunurdu. Düzdür, hazırda yeni preparatlar çıxdığından bu növ ağrıkəsicilərin istifadəsi azalıb. Bütün bunlara baxmayaraq,  hələ də “narkotikanalgetik”lərin istifadəsinə ciddi nəzarət var. Bu ağrıkəsici növündən təbabətdə əməliyyatdan sonra istifadə oluna bilər. İkinci növ ağrıkəsicilər isə qeyri-narkotik mənşəli, iltihab əleyhinə istifadə olunan maddələrdir. Qeyri-narkotik mənşəli ağrıkəsicilər hazırda həddindən artıq çoxdur. Bunlar özləri də qruplar bölünür. Bu növ ağrıkəsicilərin 3 xüsusiyyəti var-ağrıkəsici, hərarətsalıcı, iltihab əleyhinə. Müxtəlif xastəliklərin yaratdığı ağrılar zamanı bu növ ağrıkəsicilərdən istifadə olunur. Düzdür, hazırda hərarət salmaq üçün daha çox “Parasetamol”dan istifadə olunur. “Parasetamol”un da ağrıkəsici təsiri var. Bundan əlavə, müxtəlif preparatlar- “Formadol”, “Ketanol” və s. ağrıkəsici təsirə malikdir. Bu növ ağrıkəsicilər narkotik aslılıq yaratmayan maddələrdir”.
Ağrıkəsicilərin təsirlərinə gəldikdə isə Adil Qeybulla qeyd edib ki, qeyri-narkotik seroidlər, analgetiklər mədə turşuluğunu artıran dərmanlar olduğuna görə orqanizmə əks təsir göstərə bilər: “Bu növ ağrıkəsicilərin ən yuxarı nümayəndəsi “Aspirin”dir. Bu növ dərmanlar bəzən mədə qanamaları törədə bilərlər. Mədələrində həssaslıq olan insanlar bu tip ağrıkəsicilərin istifadəsi zamanı diqqət etməlidir. Çox təəssüflər olsun ki, ağrıkəsicilərdən bəzən Sovet təbabət üsulu ilə istifadə edirlər. Ümumiyyətlə dərmanlardan Sovet və Qərb təbabət üsuluna əsasən istifadə olunur. Qərb təbabətində hərarət qalxdığı, bədəndə virus olduğu zaman “Parasetamol” preparatından sitifadə olunur. Biz daha çox istifadə edirik Sovet təbabət üsulundan. Lakin Qərb təbabət üsulu ilə getməliyik. Dünyada “Parasetamol” və “Aspirin” marketlərdə satılır. Qalan bütün preparatların hamısı xüsusi reseptlərlə apteklərdə satılır”.   Nuranə DAXİLQIZI