Miqrantlarla dolu gəmi batıb, 82 nəfər itkin düşüb
Aralıq dənizində liviyalı miqrantlarla dolu gəmi batıb. Trend-in "Aljazeera"-ya istinadən verdiyi məlumata görə, gəmidə 86 adamın olduğunu bildirilir. Miqrantlardan 4-ü xilas edilib. Lakin onlardan biri tezliklə ölüb. Daha 82 nəfər itkin düşmüş hesab edilir.