Ərəb əmiri Londona qaçan arvadını məhkəməyə verib
Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, Dubay əmiri Məhəmməd ibn Rəşad Əil Maktum həyat yoldaşı, şahzadə Hayu bint əl-Hüseyni məhkəməyə verib.   Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 30-u və 31-də Əbu-Dabidə baş tutacaq məhkəmədə uşaqların qəyyumluğu məsələsi müzakirə olunacaq.   İyunun sonlarında 39 milyon dollar pul götürərək əmirlikdən qaçan şahzadə Almaniyaya, oradan isə Londona qaçıb.