37 yaşlı Zlatanı dayandıra bilmirlər - Daha 2 qol vurdu (VİDEO)
İsveçli hücumçu Zlatan İbrahimoviç MLS Liqasında növbəti qollarını vurub. BAKU.WS xəbər verir ki, "Los-Anceles Qalaksi"də forma geyinən 37 yaşlı hücumçu komandasının “Toronto”nun 2:0 hesabı ilə məğlub etdiyi matçda hər iki qola imza atıb. 2-ci pillədə yer alan "Los-Anceles Qalaksi" bu qələbədən sonra xalını 34-ə çatdırıb. Qeyd edək ki, İbrahimoviç isə qollarının sayını 13-ə çatdırıb və bombardirlər siyahısında 2-ci pillədə qərarlaşıb.