Tramp: "ABŞ bayrağını Marsda ucaldacağıq"
Amerikalılar öz bayraqlarını Marsda ucaldacaqlar. CBS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Birləşmiş Ştatların Müstəqillik Gününə həsr olunmuş çıxışında deyib. O qeyd edib ki, bu hadisə tezliklə olacaq: “İstəyirəm biləsiniz ki, biz çox yaxınlarda Aya qayıdacağıq və bir gün, tezliklə ABŞ bayrağını Marsda ucaldacağıq”. Xatırladaq ki, D.Tramp mayın ortalarında Ay və Marsın öyrənilməsi üçün NASA-nın büdcəsinə əlavə 1,6 milyard dollar ayıracağını vəd etmişdi.