Moskvada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanıldı
Moskva polisi güclü təsir göstərən maddələrlə sərnişinləri zəhərləyən taksi sürücüsünü saxlayıb. Bu barədə TASS Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka istinadən xəbər verir. İ.Volkun sözlərinə əsasən, bir neçə gün öncə Moskva polisinə xəstəxanalardan birinə naməlum maddə ilə zəhərlənmə əlamətləri olan kişinin çatdırılması ilə bağlı məlumat daxil olub. Həmin şəxs sürücü tərəfindən ona təklif olunmuş suyu içdikdən sonra özünü pis hiss edib. Vətəndaş bir qədər keçdikdən sonra bank kartını itirdiyini aşkar edib. Məlum olub ki, kartından 16 min rubl (428 manat) çıxarılıb. Faktla bağlı RF CM-in 162-ci maddəsinə əsasən (“Qarət”) cinayət işi açılıb. “Polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində hadisəni törədənin Moskva vilayətində yaşayan 58 yaşlı Ermənistan vətəndaşı olduğu məlum olub”, - deyə İ.Volk bildirib.