Xəzərdə silsilə zəlzələlər davam edir
Xəzərdə növbəti dəfə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yerli vaxtla iyunun 6-sı saat 03:05-də Astara stansiyasından 25 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Dərinliyi 16 km, maqnitudası 3.2 olan təkanlar hiss olunmayıb. Xatırladaq ki, ötən ay Xəzərdə 4 dəfə zəlzələ baş verib.