Aleksis Tsipras məğlubiyyətə uğradı
Ötən gün Yunanıstanda keçirilən parlament seçkilərinin ilkin nəticəsi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, Kyriakos Mitsotakisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyası seçkilərdə 39,85% səs toplayaraq qələbə qazanıb. Baş nazir Aleksis Tsiprasın başçılıq etdiyi "Syriza" Partiyası isə 31,53% səslə məğlubiyyətə uğrayıb. Yeni Demokratlar parlamentdə 50 əlavə yer qazanaraq hökuməti qurmaq hüququ əldə ediblər.