Bir qrup turist Türkiyədə mağarada qalıb
Doqquz nəfərdən ibarət turist qrupu Türkiyənin Adana şəhərinin Kozan rayonunda yerləşən Keşiş mağarasında qapalı qalıb.
Xezerxeber.az xəbər verir ki, hadisə yerinə xilasedici və polis briqadaları cəlb olunub. Hazırda mağarada qalanları xilasetmə işləri davam edir.