ABŞ iqtisadiyyatında defolt gözlənilir
ABŞ büdcəsinə daxil olan məbləğ dövlət xərclərindən azdır.

Qaynarinfo Business Insider-ə istinadən xəbər verir ki, İkipartiyalı Siyasi Mərkəz adlı məsləhət və vəkillər qrupu sentyabr ayında ABŞ iqtisadiyyatında gözlənilən defolt barədə xəbərdarlıq edib. Qrupun iqtisadiyyat məsələləri üzrə direktoru Şay Akabasın sözlərinə görə, büdcənin vergi gəlirləri gözlənilən kimi 5-6% yox, cəmi 2-3% artıb.
Konqresin Büdcə Ofisinin məlumatına görə, 2019-cu ilin ilk 9 ayında büdcə kəsri 746 milyard dollar olacaq və ilin sonuna qədər 1 trilyon dollar olması gözlənilir. Bu dövrdə büdcə gəlirləri 69 milyard dollar artıb, xərclər isə 208 milyard dollar çox olub. 
Proqnoza görə, prosesin bu istiqamətdə davam etməsi ABŞ dövlətinin öz xərclərini ödəyə bilməməsi ilə nəticələnəcək. Hökumət və Konqresin 22 trilyon dollar borc limitini qaldırmaq üçün danışıqlar aparması gözlənilir.