Masallıda toy yasa döndü: 8 nəfər qəzada öldü
Masallı rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən 6-nın adı məlum olub. 
"Legion" "Report”a istinadən xəbər verir ki, bunlar Lerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahid Atalı oğludur.  
Qəza nəticəsində daha bir nəfərin yaralandığı məlum olub. O, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.
Ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir. 
09.30
Masallı rayonunda yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb.
Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir. 
Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı xəsarət alıb. Ona baş-beyinin silkələnməsi, sifət nahiyəsinin əziyi diaqnozu qoyulub. O hazırda reanimasiyadadır.
Bildirilir ki, qəzaya düşənlər iki ailənin üzvləridir və toya gedirlərmiş.