Ərdoğandan Əli Babacana : “Bu ümməti parçalamağa haqqınız yoxdur”
İki günlük Bosniya və Herseqovina səfərindən dönən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əli Babacanın istefasına münasibət bildirib. Bu barədə Musavat.com BBC Türkcəyə istinadən məlumat verir. Səfərdən dönərkən Ərdoğanın jurnalistlərə verdiyi açıqlamada Əli Babacan, Abdullah Gül və Əhməd Davudoğlu ilə bağlı “bu ümməti parçalamağa haqqınız yoxdur” ifadəsini işlədib. Babacana partiya yaratmaqda gecikməməyi məsləhət görən Ərdoğan deyib: “Mən Əli bəyin özünə də dedim, bu sizin yolunuzdur, amma onu da yaddan çıxarmayın ki, bu ümməti parçalamağa haqqınız yoxdur. Sizin atdığınız addımlar partiyamızın parçalanmasına səbəb ola bilər amma bunu etməklə heç bir nəticə əldə edə bilməyəcəksiniz”. Ərdoğan 23 iyunda İstanbul seçimlərindən əvvəl Əli Babacanla olan görüşünün detallarını da mətbuata açıqlayıb: Ali Babacan “Əli Babacan mənimlə görüş tələb etdi, görüşdük. Onun partiyaya inamını itirməsinin səbəbini soruşduğum zaman mənə ölkədəki iqtisadi vəziyyətlə bağlı məsələnin olduğunu bildirdi. Təbii ki, bir çox mövzular ətrafında müzakirələr apardıq. Ondan yeni partiya qurub-qurmamaqla bağlı düşüncəsini soruşdum, o da hələ ki, düşünmədiklərini, lakin yeni bir platforma üzərində çalışdıqlarını bildirdi”, – deyə qeyd edən Ərdoğan Babacanın çıxdıqları bu yolda onları tərk etməsinin yanlış olduğunu və onlardan incidiyini söylədi. Ali Babacan ve Abdullah Gül